Sizləri bir daha salamlayıram. Bu gün Xaker və ya Antixaker adlı mövzunu müzakirə edəcəyik. İlk öncə sizlərə bir sual verim. Sizcə qurana halaldır? Yoxsa əziyyətlə qurulanı dağıdana? Bu suala cavab və məqalənin maraqlı davamı üçün xəbərin ardını oxuyun..
Yəqin ki, aranızda bir çoxu ağıllı cavab verəcək. Əlbəttə ki, nəyisə qurmağa ağıl, bacarıq, məharət, hövsələ və s. lazımdır. Deməli qurana halaldır. Dağıtmağa nə var ki? Bəli. Bu məsələnin bir tərəfidir. Digər tərəfi də var. Quranda da elə qurmaq , elə yaratmaq lazımdır ki, bünövrəsi möhkəm olsun,bir çox "zəlzələlərə" qarşı dayanıqlı olsun. Bunun üçün deməli dağıdan kimi də fikirləşmək lazımdır. Sizə hələ də qaranlıqdır? Bilmirsiniz söhbət nədən gedir? Ardını oxuyun... Biz bu gün ev qurmaqdan, hasar çəkməkdən yox,veb sayt proqramlaşdırmadan danışacayıq. Düzdür, əslində biz xakerləri mənfi obrazlar kimi təsəvvür edirik, bəziləriniz isə, az qala ideal kimi baxırlar, bir çoxlarınız isə , özünü xaker sayır. Ehh... Bu günki söhbətimiz əsl xaker necə olmalıdır, ondan getmeyəcək. Bu günki söhbət, veb sahənizi, scriptlərinizi necə qorumaqdan gedəcək. Sonda biləcəksiniz ki, antixaker özü xaker kimi bir şeydir, ancaq ondan daha güclü. Bu mənim fikrimdir. Bir şey ki, nəinki yaratmağı bacarır, hətta qorumağı da bacarırsa, afərin! Qorumaq deyəndə, ilk öncə sadə xakinq misalları gətirmək olar. Məsələn: SQL inyeksiya, XSS (Cross Site Scripting) və s. Cross Side Script əslində CSS yazılmalıydı, ancaq CSS ( Cascading Style Sheets) sözünün qısa forması olduğundan XSS yazılır. SQL inyeksiya haqqında növbəti məqaləmizdə danışacayıq. Ancaq ilk öncə SQL dən bir neçə misal göstərəcəm, sonra isə problemləri izah edəcəm. İndi isə, Allah amanında qalın.
|
|
- İndi blogda: 1
- Keçən ayın hiti: 211
- Dünənki hit: 8
- Bugünki hit: 1
- Ümumi hit: 2033
|